-
Allah hər şeydən xəbərdar olandır
Allah bir çox ayəsində inkar edənlərin hər dövrdə hiyləgər tələlər qurduqlarını bildirir. Bu ayələrdən biri belədir:Onlardan əvvəlkilər də hiylə qurdular. Halbuki, bütün hiylələr Allah`a aiddir. O, hər kəsin nə qazandığını bilir. Kafirlər axirət yurdunun kimin olacağını biləcəklər. (Rəd surəsi 42)
Bədiüzzamana da dövrünün din düşmənləri yalanlarına dəstək olmaq üçün oxşar hiyləgər planlar qurmuşlar. Bu plan nümunələrindən biri "Bilinməyən tərəfləri ilə Bədiüzzaman Səid Nursi" adlı əsərdə bəhs edilir. Buna görə, bir içki mağazasında ''Səidin xidmətçisi Səidə rakı aldı'' yazılmış kağıza oradakı sərxoşlardan imza toplanmağa cəhd edilmişdir. Bu şəkildə ona böhtan atılmışdır. Bu böhtanın məqsədi isə Bədiüzzamanı xalqın gözündən salmaq, dini yöndən səmimiyyətsiz olması imicini vermək idi.
Başqa bir qurulan oyunu Bədiüzzaman bir məktubunda özü yazır. Bunda da Bədiüzzamanın səhərə qədər eyş-işrətlə məşğul olduğu və evinə ''fahişələrin girib-çıxdığı kimi'' son dərəcə məntiqsiz və ağılsız yalan uydurulmuşdur. Buna Bədiüzzaman son dərəcə açıq və qəti cavab vermişdir:
"Halbuki, mənim qapım gecə çöldən və içəridən kilidli idi və səhərə qədər bir gözətçi o bədbəxtin (böhtan atan adamın) əmri ilə qapımda gözləyirdi" (Tarihçeyi-Hayat, səh. 451)
Göründüyü kimi, xalqı ondan soyutmaq üçün Bədiüzzamanı fahişəlik və sərxoşluqla ittiham edərək ona çirkin böhtanlar atılmışdır. Ancaq bütün bu böhtanlar boşa çıxmış və Bədiüzzaman imani xidmətinə səbirlə davam etmişdir. Qurani-kərimdə inkarçıların sui-qəsd və hiylələrinin inananlara əsla zərər verməyəcəyi, nəticənin mütləq inananların xeyirinə olacağı belə bildirilir:
… Onlara qorxudan (peyğəmbər) gəldikdə isə bu, onların ancaq nifrətini artırdı. (Bütün bunlar) onların yer üzündə təkəbbür göstərmələrinə və yaramaz hiyləgərliklər törətdiklərinə görə idi. Yaramaz hiylələr isə ancaq öz sahiblərini qaplayar. Onlar əvvəlkilərin başlarına gələn aqibətdən başqasınımı gözləyirlər? Sən Allah`ın qayda-qanununa heç bir əvəz tapa bilməzsən, Allah`ın qayda-qanununda heç bir dəyişiklik də tapa bilməzsən. (Fatir surəsi 42-43)
Tarix boyunca müsəlmanlara atılan böhtanlar
BÖLMƏLƏR
- Müsəlmanlara atılan böhtanlar
- İnkarçıların möminlərə qarşı düşmənçiliyi
- Keçmişdə böhtançılar kimlər olub?
- Keçmişdə möminlərə atılan böhtanlar
- Hz. Musaya atılan böhtanlar
- Hz. Yusifə atılan böhtanlar
- Hz. Məryəmə atılan böhtan
- Möminlərə atılan zina böhtanı
- Hz. Süleymana atılan böhtan
- İnkarçıların müsəlmanlara qarşı yönələn istehza dolu böhtanları
- İnkarçılar böhtandan yaxın keçmişdə də istifadə etmişlər
- Bədiüzzaman Səid Nursiyə iftira atıb qarşısını almaq istəmişlər
- Müsəlmanların böhtan qarşısındakı davranışı
- Nəticə: Allah hər şeydən xəbərdar olandır