Tarix boyunca müsəlmanlara atılan böhtanlar
  • Yolunu azma iftirası

    bohtan


    Quranda bir çox elçinin yolunu "azmaqda" günahlandırıldığı da bildirilir. İnkarçılar Allah`a və axirət gününə iman etmədiklərinə baxmayaraq, elçilərə qarşı çıxaraq xalqın gözündə dindar donuna girməyə çalışırdılar. Elçiləri isə köhnə dinlərini pozmağa çalışan, dinə azğın dəyərlər və yalanlar gətirən insanlar kimi göstərmək istəyirdilər. Onların buradakı məqsədi elçiləri xalqın gözündə "din pərdəsi altında qazanc axtaran" etibarsız insanlar kimi göstərməyə çalışmaqdır. Firon və ətrafındakılar da hz. Musa və hz. Haruna münasibətdə buna bənzər bir üsuldan istifadə etmişdilər:

    Onlar dedilər: "Bu ikisi, əlbəttə, sehrbazdır. Onlar öz sehrləri ilə sizi yurdunuzdan qovub çıxartmaq və sizin ən gözəl dininizi yox etmək istəyirlər." Ona görə də bütün hiylə vasitələrinizi toplayın, sonra da səf-səf gəlin. Bu gün qalib gələn nicat tapacaqdır! (Taha surəsi, 63-64)

    Başqa bir ayədə isə fironun dinsizliyinə və zalımlığına baxmayaraq, belə dediyi bildirilir:

    Firon dedi: "Buraxın məni Musanı öldürüm, qoy o da Rəbbini çağırsın. Doğrusu, mən onun sizin dininizi dəyişdirəcəyindən və yer üzündə fitnə-fəsad törədəcəyindən qorxuram." (Mumin surəsi, 26)

    Fironun bu sözlərində səmimi olmadığı, ancaq bunu xalqı aldatmaq üçün söylədiyi hamıya aydındır. Çünki əsl dini aradan qaldırmağa çalışan, yer üzündə fəsad və pozğunluq yayan, insanlara zülm edən kəs onun elə özü idi.

    Hz. Musadan başqa bir çox digər elçi də yolunu azmaqda günahlandırılmışdı. Hz. Nuh da qövmü tərəfindən yolunu azmaqda və çaşqınlığa düşməkdə günahlandırılan elçilərdəndir:

    Tayfasının başçıları ona: "Biz səni açıq-aydın azmış görürük!, - deyə cavab verdilər. "O dedi: "Mən heç azmamışam, lakin mən aləmlərin Rəbbi tərəfindən göndərilmiş bir peyğəmbərəm!" dedi. (Əraf surəsi 60-61)

    Qövmləri tərəfindən mövcud dindən sapmaqda günahlandırılan elçilərdən və əməlisaleh müsəlmanlardan bəziləri isə Quranda belə bildirilir:

    Onlar dedilər: "Ey Saleh! Sən bundan əvvəl içərimizdə (böyüyümüz, ağsaqqalımız olmağa) ümid edilən bir adam idin. İndi atalarımızın ibadət etdiyinə ibadət etməyi bizə qadağanmı edirsən? Doğrusu, biz sənin bizləri dəvət etdiyin barədə şəkk-şübhə içindəyik." (Hud surəsi, 62)

    Həqiqətən, günahkarlar iman gətirmiş kimsələrə gülürdülər. Yanlarından keçərkən bir-birinə qaş-göz edirdilər. Ailələrinin yanına qayıtdıqda isə kefləri kök qayıdırdılar. Onları gördükdə: "Doğrusu, bunlar azanlardır!" deyirdilər. (Mütəffifin surəsi, 29-32)

    Əlbəttə, əsl azğınlıq və çaşqınlıq içində olanlar Allah`ın elçilərinə qarşı çıxanlar, Allah`ın varlığını, axirəti inkar edənlər, tərtəmiz, imanlı, dürüst və səmimi insanlara böhtanlar ataraq onlara zülm edənlərdir. Allah əsl dünya həyatına uyan, axirəti unudaraq, onlara söylənənləri eşitməyərək, göstərilən dəlilləri görməyərək yaşayan inkarçıların "çaşmış bir azğın" olduğunu Quranda belə buyurmuşdur:

    Bu dünyada kor olan axirətdə də kor olar və haqq yoldan daha da çox azar! (İsra surəsi, 72)

BÖLMƏLƏR