-
Fironun hz. Musaya qarşı düşmənçiliyi
Allah`ın əmri ilə fironun yanına gedərək ona Allah`ın varlığını və haqq dini anladan hz. Musa fironun inkarçı və azğın hücumlarına məruz qalmışdı. Firon həm hz. Musanı, həm də onun ətrafındakıları işgəncə verməklə və öldürməklə hədələmişdi. Onun bu təhdidindən qorxuya düşən xalq hz. Musanın bildirdiyi həqiqətə inanmaqdan və onunla birlikdə olmaqdan qorxub çəkinmişdi. Ayələrdə də bildirildiyinə görə, ancaq çox az sayda gənc ona iman gətirmişdi:
Fironun və əyanlarının bəlası qorxusundan Musaya öz qövmündən yalnız kiçik bir dəstə iman gətirdi. Çünki firon o yerdə hakim idi. O, həddi aşmışdı. (Yunus surəsi, 83)
Əlbəttə, bu mübarizədə qalib gələcək tərəfin Allah`ın əməlisaleh qulları olduğu "Allah heç vaxt kafirlərə möminlərin əleyhinə olan bir yol göstərməz!" (Nisa surəsi, 141) ayəsində bildirildiyi kimi, daha əvvəlcədən bəllidir. Ancaq möminlərin imanının, təvəkkülünün və səbrinin yoxlanılması üçün onların əvvəlcə çətin imtahanlardan keçirilməsi, insanlar tərəfindən yalanlara, böhtanlara məruz qalması Allah`ın qanunudur. Hz. Musanın özü və onunla birlikdə iman gətirənlər üçün də eyni vəziyyət olmuşdur.
Firon özünü, adətən, bir tanrı kimi görür, bütün Misirin və Misir üzərindəki bütün insanların yeganə sahibi və hakimi olduğunu zənn edirdi. Firon öz xalqının tək həqiqi Tanrının, tək gücün və insanların tək sahibinin Allah olduğunu öyrənəcəyi halda, özünün əvvəlki kimi yenə tanrılıq iddiasında ola və insanlara məcburi şəkildə boyun əydirə bilməyəcəyinin də fərqində idi. Bu məqsədlə, xalqının hz. Musaya inanmaması üçün müxtəlif yollara əl atırdı. İşgəncə və ölümlə hədələmə fironun ən çox istifadə etdiyi üsullardan biri idi. Başqa bir üsulu isə hz. Musaya və qardaşı hz. Haruna böhtan atmaq olmuşdu.
Tarix boyunca müsəlmanlara atılan böhtanlar
BÖLMƏLƏR
- Müsəlmanlara atılan böhtanlar
- İnkarçıların möminlərə qarşı düşmənçiliyi
- Keçmişdə böhtançılar kimlər olub?
- Keçmişdə möminlərə atılan böhtanlar
- Hz. Musaya atılan böhtanlar
- Hz. Yusifə atılan böhtanlar
- Hz. Məryəmə atılan böhtan
- Möminlərə atılan zina böhtanı
- Hz. Süleymana atılan böhtan
- İnkarçıların müsəlmanlara qarşı yönələn istehza dolu böhtanları
- İnkarçılar böhtandan yaxın keçmişdə də istifadə etmişlər
- Bədiüzzaman Səid Nursiyə iftira atıb qarşısını almaq istəmişlər
- Müsəlmanların böhtan qarşısındakı davranışı
- Nəticə: Allah hər şeydən xəbərdar olandır