-
Böhtana məruz qalan möminlərə qarşı hüsnü-zənn
Keçmişdəki möminlər haqqında düşünəndə qarşımıza çox önəmli bir nöqtə də çıxır: iftiraya məruz qalmış müsəlmanın səbri və təvəkkülü sınağa çəkilərkən bununla paralel olaraq bu olaya şahid olan digər müsəlmanların da böhtana uğramış möminlərə qarşı hüsnü-zənni və səmimiyyəti sınanır.Möminlərin bir-birinə hüsnü-zənli olması, həqiqətən də, son dərəcə önəmli bir mövzudur. Tarixdəki nümunələrdən də göründüyü kimi, dinə düşmənçilik edənlər ortaya bir iddia atarkən bunu özlərinə uyğun şəkildə gücləndirməkdə, böhtanlarını saxta dəlillərlə və yalançı şahidlərlə aydın və inandırıcı hala gətirmək üçün bir çox cəhdlər göstərməkdədirlər. Bunu edərkən böhtan atdıqları insanları müsəlmanların gözündə kiçiltmək, müsəlmanların arasını vurmaq istəyirlər. Əvvəlki bölümdən də gördüyümüz kimi, yaxın tariximizdə Bədiüzzamanın məruz qaldığı sui-qəsdlər bunun bir nümunəsidir. Bədiüzzaman dininə və mənəvi dəyərlərinə son dərəcə bağlı bir insan olsa da, onu dinə qarşı qeyri-səmimi göstərən iftiralara məruz qalmışdı. Burada inkarçıların xəyanətkar bir planı yer alır: müsəlmanların arasını vurmaq, onların bir-birinə dəstək olmasını əngəlləmək. Halbuki, Quranda müsəlmanlara həmişə bir-birinə dəstək olmaları əmr edilmişdir:
Kafirlər də bir-birinin dostlarıdır. Əgər siz bunları etməsəniz, yer üzündə böyük bir fitnə-fəsad olar. (Ənfal surəsi, 73)
O halda, bir müsəlman mömin bir insan haqqında pis bir xəbər eşidərsə, əvvəlcə, o işin səbəbini araşdırmalıdır. Əgər qarşıdakı insanın iman gətirən, Allah`dan qorxan, Qurana tabe olan bir insan olduğu bəllidirsə, bu halda, tarix boyunca müsəlmanlara atılan böhtanları düşünərək iftiraya uğramış möminə hüsnü-zənn etmək şərtdir.
İnkarçıların möminlərə qarşı kin və düşmənçilikləri o qədər şiddətlidir ki, böhtanlarında zatən məqsədləri iman edənləri tamamilə təsirsiz hala gətirmək və onları batil dinlərinə döndərməkdir. Yəni dindən uzaq insanlar Allah`ın saleh qullarını hər zaman əsassız ittiham və günahlarla qaralamaq, ləkələmək istəyəcəklər. Odur ki, bu, müsəlmanların ayıq-sayıq olmalı olduğu bir mövzudur.
Ancaq çox önəmli bir həqiqət də var ki, Allah bunu bir ayəsində belə bildirir:
Onlar hiylə qurdular. Onların hiyləsi Allah dərgahında məlumdur. Onların hiyləsi ilə dağlar yerindən oynayan deyildir! Allah`ın peyğəmbərlərə verdiyi vədə xilaf çıxacağını sanma! Həqiqətən, Allah yenilməz qüvvət, intiqam sahibidir! (İbrahim surəsi, 46-47)
Ayələrdə də bildirildiyi kimi, nəticə olaraq Allah inkarçıların məkrli planlarını pozacaq, hz. Yusifdə və digər nümunələrdə olduğu kimi möminlərə gözəl bir aqibət verəcəkdir. Ancaq inkarçıların planları pozulana qədər bütün müsəlmanlar bir-birinə dəstək olmağa, böhtana uğrayan mömin qardaşlarına hüsnü-zənn etməyə, yəni onlara əvvəlcədən güvənməyə və gözəl gözlə baxmağa borcludur. Böhtana qarşı digər möminlərin davranışının necəliyini Allah “Nur” surəsində bildirmiş və möminlərə böhtan atıldığı halda yanlış bir davranış göstərənləri belə xəbərdar etmişdir:
Həqiqətən, yalan xəbər gətirənlər öz içərinizdə olan bir zümrədir. Onu pis bir şey zənn etməyin. O, bəlkə də, sizin üçün xeyirlidir. O zümrədən olan hər bir şəxsin qazandığı günahın cəzası vardır. Onlardan günahın böyüyünü öz üstünə götürəni isə çox böyük bir əzab gözləyir! Məgər o yalan sözü eşitdiyiniz zaman mömin kişilər və qadınlar öz ürəklərində yaxşı fikirdə olub: "Bu, açıq-aydın bir böhtandır!" - deməli deyildilərmi? Nə üçün özlərinin doğru olduqlarını təsdiq edəcək dörd şahid gətirmədilər? Madam ki, şahid gətirmədilər, deməli, onlar Allah yanında əsl yalançıdırlar! Əgər Allah`ın dünyada və axirətdə sizə neməti və mərhəməti olmasaydı, o yalan sözünüzə görə sizə şiddətli bir əzab toxunardı. O zaman ki siz yalanı dilinizə gətirir, bilmədiyiniz sözü ağzınıza alır və onu yüngül bir şey sanırdınız. Halbuki, bu Allah yanında çox böyük günahdır! Məgər siz onu eşitdiyiniz zaman: "Bizə bunu danışmaq yaraşmaz. Aman! Bu, çox böyük bir böhtandır!" - deməli deyildinizmi? Allah sizə öyüd-nəsihət verir ki, əgər möminsinizsə, bir daha belə şeylər etməyəsiniz. (Nur surəsi, 11-17)
Tarix boyunca müsəlmanlara atılan böhtanlar
BÖLMƏLƏR
- Müsəlmanlara atılan böhtanlar
- İnkarçıların möminlərə qarşı düşmənçiliyi
- Keçmişdə böhtançılar kimlər olub?
- Keçmişdə möminlərə atılan böhtanlar
- Hz. Musaya atılan böhtanlar
- Hz. Yusifə atılan böhtanlar
- Hz. Məryəmə atılan böhtan
- Möminlərə atılan zina böhtanı
- Hz. Süleymana atılan böhtan
- İnkarçıların müsəlmanlara qarşı yönələn istehza dolu böhtanları
- İnkarçılar böhtandan yaxın keçmişdə də istifadə etmişlər
- Bədiüzzaman Səid Nursiyə iftira atıb qarşısını almaq istəmişlər
- Müsəlmanların böhtan qarşısındakı davranışı
- Nəticə: Allah hər şeydən xəbərdar olandır