-
Allah hər şeydən xəbərdar olandır
Quranda qardaşlarının hz. Yusifə qarşı şiddətli bir qısqanclıq hissi bəslədiyi bildirilir. Daha əvvəl də bildirildiyi kimi, onlar hz. Yusifi bu qısqanclıqları səbəbi ilə kiçik yaşda olarkən bir quyuya atmış və onun ailəsindən, sevdiyi insanlardan ayrılmasına səbəb olmuşdular.Aradan uzun illər keçmiş, hz. Yusif zindandan çıxıb hökmdar tərəfindən xəzinələrin başına keçdikdən sonra bir gün qardaşları ərzaq almaq üçün onun hüzuruna gəlmiş, ancaq hz. Yusifi tanımamışdılar. Hz. Yusif özünü yalnız kiçik qardaşına tanıtmış və ona başqa qardaşlarının etdiklərindən üzülməməsini söyləmişdir. Qardaşının yanında qalmasını istəmiş, ancaq olduğu ölkənin qanunlarına görə onu yanında saxlaya bilməyəcəyi üçün çox ağıllı bir plan düşünmüşdü. Bu hadisələr Quranda belə anladılır:
Onlar Yusifin hüzuruna daxil olduqları zaman qardaşını bağrına basıb dedi: "Mən, həqiqətən, sənin qardaşınam. Onların etdikləri işlərdən kədərlənmə!" Yusif onların yüklərini hazırlatdığı vaxt qardaşının yükünün içinə bir su qabı qoydu. Sonra bir carçı: "Ey karvan əhli! Siz, həqiqətən, oğrusunuz!" deyə haray çəkdi.Yəqubun oğlanları arxalarınca gələnlərə tərəf dönüb: "Nə itirmisiniz?" deyə soruşdular. Onlar belə cavab verdilər: "Hökmdarın su qabını itirmişik. Onu tapıb gətirənə bir dəvə yükü ərzaq veriləcək! Carçı: Mən də buna zaminəm!" dedi. Yəqubun oğlanları dedilər: "Allah`a and olsun! Siz də yəqin bilirsiniz ki, biz bu yerə fitnə-fəsad salmaq üçün gəlməmişik və biz oğru da deyilik!" Onlar soruşdular: "Əgər yalan desəniz, onun cəzası nədir?" Qardaşlar: "Onun cəzası yükündə tapılan adamın özüdür. Biz zalimləri belə cəzalandırırıq!" - deyə cavab verdilər. Yusif qardaşının yükündən əvvəl onların yüklərini axtarmağa başladı, sonra su qabını qardaşının yükündən çıxartdı. Biz Yusifə belə bir tədbir öyrətdik. Yoxsa hökmdarın dininə görə, o, qardaşını tutub öz yanında saxlaya bilməzdi. Allah`ın istədiyi isə müstəsnadır. Biz istədiyimiz kimsəni dərəcələrlə yüksəldərik. Hər biləndən üstün bir bilən də vardır! (Yusif surəsi, 69-76)
Hz. Yusif illərlə görmədiyi qardaşını bu məqsədlə yanında saxlaya bilmişdi. Ancaq hz. Yusifin qısqanc və mərhəmətsiz qardaşları öz aralarında danışaraq sözlərinin arasına sığışdırdıqları bircə cümlə ilə hz. Yusifə özünün də xəbəri olmadan böhtan atmış və onu oğurluqda günahlandırmışdılar. Hz. Yusifin qardaşlarının bu böhtanı ayədə belə bildirilir:
Dedilər: "Əgər o oğurlamışdırsa, bundan qabaq onun bir qardaşı da oğurluq etmişdi". Yusif bu sözü ürəyində saxlayıb onlara açmadı və dedi: "Siz daha pis bir" mövqedəsiniz. "Allah sizin aid etdiyiniz şeyləri daha yaxşı bilir!" (Yusif surəsi, 77)
İnkarçıların və ikiüzlülük edənlərin möminlərə qarşı duyduğu kin və qısqanclıq o qədər böyükdür ki, hz. Yusifin qardaşlarının nümunəsindən də göründüyü kimi, hər fürsətdə onları incitməyə, özlərinin xəbəri olmadan belə onlara böhtan atmağa və hər kəsin gözündə kiçiltməyə çalışırlar. Ancaq həqiqəti bilən, daim Allah`ın əmrlərinin işığında düşünən möminlər bütün bunlara gözəl bir səbir və sevinclə yanaşır. Möminlər Allah`ın daim onlarla birlikdə olduğuna könüldən inanır və bu inamın təslimiyyət və təvəkkülünü yaşayırlar. Hz. Yusifin yuxarıda nəzərdən keçirdiyimiz həyatı da bu təvəkkül və əxlaqın gözəl bir nümunəsidir.
Tarix boyunca müsəlmanlara atılan böhtanlar
BÖLMƏLƏR
- Müsəlmanlara atılan böhtanlar
- İnkarçıların möminlərə qarşı düşmənçiliyi
- Keçmişdə böhtançılar kimlər olub?
- Keçmişdə möminlərə atılan böhtanlar
- Hz. Musaya atılan böhtanlar
- Hz. Yusifə atılan böhtanlar
- Hz. Məryəmə atılan böhtan
- Möminlərə atılan zina böhtanı
- Hz. Süleymana atılan böhtan
- İnkarçıların müsəlmanlara qarşı yönələn istehza dolu böhtanları
- İnkarçılar böhtandan yaxın keçmişdə də istifadə etmişlər
- Bədiüzzaman Səid Nursiyə iftira atıb qarşısını almaq istəmişlər
- Müsəlmanların böhtan qarşısındakı davranışı
- Nəticə: Allah hər şeydən xəbərdar olandır