Tarix boyunca müsəlmanlara atılan böhtanlar
  • İnkarçıların müsəlmanlara qarşı yönələn istehza dolu böhtanları

    bohtan


    İnkarçılar möminlərin Allah`ın dinini yaymasını və insanların onların təbliğ etdiyi həqiqətləri dinləməsini əngəlləmək üçün hər cür yollar düşünmüşlər. Böhtan da bu yollardan biridir. Əvvəlki səhifələrdə tarix boyunca Allah`ın elçilərinə və saleh möminlərə atılan böhtanlarla bağlı Quranda bildirilən parçalardan bəzi nümunələr verdik. Sonrakı səhifələrdə isə "...Sizdən əvvəl kitab verilmiş kimsələrdən və şərik qoşanlardan bir çox əziyyətli sözlər eşidəcəksiniz. Əgər səbir edib Allah`dan qorxsanız, əlbəttə, bu, məqsədə müvafiq işlərdəndir" (Ali-İmran surəsi, 186) ayəsinin bir təzahürü olaraq inkarçıların möminləri öz təsəvvürlərinə görə alçaltmaq üçün söylədikləri yalanlardan söz açacağıq. Allah`a və dinə düşmən olan insanların möminləri incitmək və onları digər insanların gözündə kiçiltmək məqsədilə təhqiramiz sözlər söylədiklərini, ancaq bu cəhdlərinin əsla baş tutmayacağını söyləyəcəyik.

BÖLMƏLƏR