Tarix boyunca müsəlmanlara atılan böhtanlar
  • Allah hər şeydən xəbərdar olandır

    bohtan


    Allah`ın elçilərinə və onlara inanan möminlərə qarşı böyük bir kin və qəzəb hissi duyan, Allah`ın onlara verdiyi maddi və mənəvi zənginliklərə, gözəlliklərə həsəd aparan inkarçılar möminlərə incidici və həqarət dolu sözlər söyləmişlər. İnkarçıların möminlərə söylədiyi bu sözlərdən bəziləri bir ayədə belə bildirilir:

    Tayfasının kafir əyan-əşrafı dedilər: "Biz səni ancaq özümüz kimi bir insan sayır, elə ilk baxışda yalnız içimizdəki səfillərin sənə uyduğunu görürük. Eyni zamanda, sizin bizdən üstün olduğunuzu da görmürük. Əksinə, biz sizi yalançı hesab edirik!" (Hud surəsi, 27)

    Fironun hz. Musaya qarşı işlətdiyi səviyyəsiz və davakar üslub inkarçıların daxilində bəslədikləri qəzəbin bir təzahürüdür:

    Firon öz qövmünə müraciət edib dedi: "Ey qövmüm! Məgər Misir səltənəti, altımdan axıb gedən bu çaylar mənim deyilmi?! Məgər görmürsünüzmü?!" "Yaxud mən az qala aydın deyə bilməyən bu zavallı kimsədən daha yaxşı deyiləmmi?!" (Zuxruf surəsi, 51-52)

    Yuxarıdakı ayələrdə də bildirildiyi kimi, firon Allah`ın elçisi olan hz. Musaya qarşı son dərəcə səviyyəsiz sözlər işlətmişdir. Yeganə fikri dünyəvi və maddi dəyərlər olan firon bir insanın üstünlüyünün sahib olduğu mallarda, mövqe və məqamda ola bilməyəcəyini anlamayacaq qədər ağılsız və vicdansızdır. Fironun insanları qəbilələrinə və zənginliklərinə görə təsnif edib dəyərləndirən, onların bəzi fiziki çatışmazlığına rişxənd edən, son dərəcə alçaq xarakterə malik bir insan olduğu onun sözlərindən də açıq görünür.

    İnkarçılar tarix boyunca fironun hz. Musaya söylədiyi böhtanlarla, təhqiramiz sözlərlə, yalanlarla möminləri sarsıdacaqlarını, onları qorxuya və ümidsizliyə salacaqlarını zənn etmişdilər. Halbuki, inkarçıların möminlərə dediyi ən ağır sözlər axirətdə onlara savab şəklində dönəcək və bu, səbir göstərilməsi gərək olan bir davranışdır. İnkarçılar bu sözləri inananlara zərər vermək üçün sərf edir, əslində isə böyük bir qəflət içində qalaraq möminlərin axirətdəki dərəcəsini artırırlar.

    Möminlər bu sözlərin müqabilində, göstərdikləri səbirlə inkarçıların səviyyəsinə əsla enmir, sərgilədikləri gözəl davranışla və gözəl sözlərlə tərbiyələnir və cənnətə layiq mənəvi kamilliyə çatırlar. Ayrıca, inkarçıların bu cür hücumlarına məruz qalmaları möminlərin səmimiyyətinə, inamına bir baxışdır; özlərindən əvvəl yaşamış əməlisaleh möminlər belə günahlara necə məruz qalırdısa, onlar da Allah`ın bir qanunu olaraq oxşar imtahanları yaşamaqdadır. Bu baxımdan, inkarçıların həqarət və böhtanları, yaxud da yalanları ilə ittiham olunmaq və bunların qarşısında səbir göstərmək möminlər üçün böyük bir şərəfdir. Dünyadakı zənginlik və güclərinə güvənən, axirəti unudan firon kimi insanlar isə bu həqiqəti əsla görməzlər. Onlar da ancaq firon kimi öləcəklərini bildikləri vaxt lovğalıqlarını bir kənara buraxıb peşmançılığa qapılarlar. Ancaq insanın ölüm anındakı peşmançılığı və geri dönüşü ona axirətdə heç bir fayda gətirməz. Bu məqsədlə, firon kimilərinin aqibəti hər bir insana ibrət dərsi olmalıdır. Dünyada sahib olunan maddi-mənəvi dəyərlər müvəqqətidir və insana axirətdə heç bir fayda gətirməz. Əbədi və xeyirli olan isə insanın davranışı və gözəl əxlaqıdır. Allah dünyada sahib olduqları ilə qürurlanan və Allah`ın göndərdiyi elçinin yalançı olduğunu bildirən, ona təhqiramiz sözlər deyib həqarət edən fironun və ona tabe olanların ibrətamiz aqibətini belə bildirir:

    Beləliklə, öz qövmünü yelbeyin yerinə qoydu, onlar da ona itaət etdilər. Həqiqətən, onlar fasiq bir qövm idilər! Bizi qəzəbləndirdikdə onlardan intiqam alıb hamısını qərq etdik. Və onları sonradan gələnlərə misal və ibrət dərsi etdik. (Zuxruf surəsi, 54-56)

    Allah`ın ayəsində də bildirildiyi kimi, Allah`ın sevdiyi və dost bildiyi qullarına edilən hər bir pislik, onların əleyhinə danışılan hər bir söz Allah dərgahında bir qəzəb səbəbidir. Pislik edənlər bunu özləri üçün mənfəət zənn edərlər, amma Allah sonsuz ədalət sahibidir. Böhtançılar və zalımlar axirətdə, dünyada işlətdikləri hər kəlmənin hesabını verəcək, bunun cəzasını çəkəcəklər.

    Allah dünyada ikən iman gətirənlərə qarşı çirkin sözlər söyləyən, onlara rişxənd edən zalım insanların cəhənnəmdə qarşılaşacaqları çaşqınlığı belə xəbər verir:

    Deyəcəklər: "Pis adamlar saydığımız kəsləri niyə burda görmürük?" Biz onları məsxərəyə qoyurduq. Yoxsa onlar gözə dəymirlər?! "Şübhəsiz ki, bu - cəhənnəm əhlinin bir-biri ilə bu cür çəkişməsi - bir həqiqətdir! (Sad surəsi, 62-64)

BÖLMƏLƏR