Tarix boyunca müsəlmanlara atılan böhtanlar
  • Ətrafındakıları aldadaraq yoldan çıxartdığı yalanı

    bohtan


    Bədiüzzaman və tələbələrinə atılan böhtanlardan biri də "Din istismarçıları" başlıqlı serialı yazı ilə dövrün qəzetlərindən birində yer almışdır. Bu serialı yazıda Səid Nursinin tələbələri haqqında da Quranda keçən ''ovsunlanmış'' böhtanı təkrarlanmış və: ''Bunlar yalnız dini fanatizmlə ona bağlanmışlar, gözləri başqa heç nə görməz, başqa bir şey artıq anlamazlar'' deyə yazılmışdır. Göründüyü kimi, bunların hamısı keçmişdə yaşayan möminlərə yönələn böhtanların tamamilə eynisidir. Quranda keçmişdə yaşamış və Allah`ın göndərdiyi elçilərə tabe olmuş möminlərin də "ağıl çatışmazlığı", "dayaz düşüncəlilik" kimi əsassız sözlərlə ittiham edildikləri xəbər verilmişdir:

    Onlara: "(Bu) insanlar iman gətirdiyi kimi siz də iman gətirin!" deyildiyi zaman: "Biz də səfehlərin iman gətirdikləri kimi iman gətirək?" deyirlər. Doğrusu, onlar özləri səfehdirlər; lakin (bunu) bilmirlər. (Bəqərə surəsi, 13)

    Onun qövmünün kafir zadəganları dedilər: "Biz sənin özümüz kimi sadəcə bir insan hesab edir və içimizdən ancaq düşüncəsiz olan ən rəzil adamların sənə qoşulduğunu görürük. Həmçinin sizin bizdən üstün olduğunuzu da görmürük. Əksinə, biz sizi yalançı hesab edirik." (Hud Surəsi, 27)

    Bu böhtanlarla Bədiüzzamanın ətrafındakı gənclərin beyinlərini doldurduğu, bu gənclərin də beyinləri doldurulacaq qədər ağıl və məntiqdən məhrum insanlar olduqları imici yaradılmağa çalışılmışdır. Yəni Bədiüzzaman eynilə keçmişdəki müsəlmanların qarşılaşdığı kimi "cadugərlik"də ittiham edilmişdir.

    Halbuki, Bədiüzzaman və yanındakı möminlər Qurana tabe olan ağıllı insanlar idi. Bu böhtanları atanlar bunun belə olduğunu çox yaxşı bilirdilər. Necə ki, bu böhtanların heç biri Bədiüzzamana və ətrafındakı müsəlmanlara zərər verməmiş, əksinə, səbir və təvəkkülləri onların mənəviyyatının və axirətdəki dərəcələrinin yüksəlməsinə vəsilə olmuşdur.

BÖLMƏLƏR