Tarix boyunca müsəlmanlara atılan böhtanlar
  • "Mənfəət arxasınca qaçmaq" iftirası

    bohtan


    Bədiüzzamanın Allah`ın varlığını, milli və mənəvi dəyərlərin əhəmiyyətini izah edən əsərlərindən narahat olanlar əllərində olan bəzi mətbuat orqanlarından da istifadə edərək Bədiüzzamana qarşı olmazın böhtanlar atmışlar. Dövrün qəzetlərindən birində Bədiüzzaman haqqında belə yazılmışdı:

    "Səidi-Kürdi dini siyasətə alət edərək irticayi-təbliğatlara girişmiş və onun bəzi adamları aldadaraq doğru yoldan azdırmağa çalışdığı aydın olmuşdur... Otuz illik mayalı bir mürtəce olub ifsad edəcək saf vətəndaş axtarır ... Şeyxin (Bədiüzzamanın) bu məsələdəki rolunun bəzi safları aldadaraq onlardan pul qoparmaq olduğu aydın olmuşdur ..." (Cumhuriyet, 10 may 1935)

    Eyni qəzetdə fərqli tarixlərdə isə ''Dini istismar edən Səid Nursi haqqında tədqiqat başladı'', ''Səid Nursi ciddi qəbul ediləsi bir adam deyil. O, Maddi və mənəvi mənfəət güdür'' deyə həqiqətdən kənar xəbərlər nəşr olunmuşdur. Dünyadan heç bir istəyi olmayan, heç bir mal-mülkü olmayan, öz deyimi ilə özünü bəyənməməyi özünə peşə edən və son dərəcə təvazökar bir həyat yaşayan Bədiüzzamana tələbələrindən pul qoparmaq, liderlik arzusu kimi əsassız və mənasız böhtanlar atılmasının tək səbəbi bununla Bədiüzzamanı təsirsiz hala gətirməkdir.

    Bu, keçmişdə peyğəmbərlərə atılan böhtanların bənzəridir. Peyğəmbərlər də qövmləri tərəfindən dindən istifadə edərək mənfəət əldə etmə kimi ağlasığmaz ittihamlarla qarşı-qarşıya qalmışlar. Məsələn, ayədə bildirildiyi kimi, hz. Nuha belə iftira atılmışdır:

    ... Bu sizin kimi yalnız adi bir insandır. Sizə böyüklük etmək istəyir... (Muminun surəsi, 24)

    Hz. Musa və hz. Haruna fironun qövmünün ittihamı isə ayədə belə bildirilir:

    Bizi atalarımızın tapındığı dindən döndərmək, özünüz də yer üzündə böyüklük etmək üçünmü gəldiniz? Biz sizə iman gətirən deyilik! – dedilər. (Yunis surəsi, 78)

    Bədiüzzaman bu böhtanların nəticəsində həbs cəzası almış və Eskişehir həbsxanasına göndərilmişdir. Eskişehir həbsxanasından çıxan Bədiüzzaman Kastamonuda polis bölməsinin qarşısında ev dustağı edilmişdir. 8 ildən sonra Dənizli Məhkəməsində 20 ay həbs cəzası almış, daha sonra Bədiüzzaman Emirdağa məcburi mənzilə göndərilmişdir.

    Bütün bu hadisələr zamanı saysız-hesabsız işgəncə və əziyyətlərə məruz qalmış, ona dəfələrlə zəhər verilmişdir. Son dərəcə yaşlı və xəstə olan Bədiüzzaman soyuq, havasız və nəmişlik olan kameralarda saxlanmışdır. Növbəti səhifələrdə bəhs ediləcəyi kimi, ona edilən bütün bu əziyyətlərə səbir və təvəkküllə cavab vermiş, imanının və Allah`a bağlılığının nə qədər güclü olduğuna bütün müsəlmanlar şahid olmuşdur. Bədiüzzaman bu üstün əxlaqı ilə hər kəsə nümunə olan dəyərli İslam alimidir.

BÖLMƏLƏR