Tarix boyunca müsəlmanlara atılan böhtanlar
  • Hz. Musanın var-dövlət düşkünü və mənsəbpərəst olması iftirası

    bohtan


    İnkarçıların möminlərə atdığı böhtanları araşdırarkən ən vacib çıxış nöqtəsi onların sahib olduğu pis əxlaq və dünyaya baxışları olmuşdur. Məsələn, Allah`ın əmr etdiyi əxlaqı yaşamayan insanların qorxunc bir böyüklənmə, təkəbbür göstərmə, lovğalanmaq arzusu və dünya həyatına yönəlmiş hüdudsuz bir hərisliyi var. Firon bu insanların tipik bir nümunəsidir. Bütün Misirin üzərindəki insanlarla birlikdə onun özünə məxsus olması hərisliyinə qapılan firon bu hərisliyi uğrunda günahsız insanlara əzab verməkdən və hətta onları öldürməkdən belə çəkinməmişdi. Bu azğın inancı səbəbindən özü kimi digər insanların da gözünün dünyaya hərisliklə örtüldüyünü zənn edirdi. Bu səbəblə də hz. Musanın və hz. Harunun Allah dərgahındakı yerlərini və nə məqsədlə bu yerə gəldiklərini anlayıb dəyərləndirə bilmirdi.

    Hz. Musa da insanlardan özlərinə qarşı təbii olmalarını istəmişdi. Ancaq hz. Musanın buradakı məqsədi onlara Allah`ın varlığını və sonsuz qüdrətini tanıtmaq, dini öyrətmək və onların hidayət tapmasına vəsilə olmaq idi. Firon və ətrafı isə hz. Musanın mənsəbpərəst olduğunu, yer üzündə böyüklük əldə etməyə çalışdığını düşünmüş və onu öz hakimiyyət və vəzifələrinə bir rəqib kimi görmüşdülər. Allah bir ayədə fironun ətrafının hz. Musanı və hz. Harunu necə ittiham etdiyini belə göstərir:

    Onlar: "Bizi atalarımızın tapındığı dindən döndərmək, özünüz də yer üzündə böyüklük etmək üçünmü gəldiniz? Biz sizə iman gətirən deyilik!" dedilər. (Yunis surəsi, 78)

    Halbuki, hz. Musa və hz. Harun bütün digər peyğəmbərlər və səmimi müsəlmanlar kimi əsla dünyəvi mövqe və mənfəətlərin arxasınca getməmişlər. Onlar insanlardan heç bir əvəz və təmənna gözləmədən, sadəcə Allah`ın razılığını, rəhmətini və cənnətini istəyərək insanları Allah`ın yoluna çağırmış və insanlara axirət dünyasını xatırlatmışlar. Allah "Kitabda Musanı da yad et! Həqiqətən, o, çox səmimi və göndərilmiş bir peyğəmbər idi." (Məryəm surəsi, 51) ayəsində hz. Musanın yalnız Onun rizasını arayan bir qul olduğunu xəbər vermişdir. Hz. Musanın və hz. Harunun Allah`ın əməlisaleh qullarından olması başqa ayələrdə belə xəbər verilir:

    Biz Musa və Haruna də nemət bəxş etdik. Onların hər ikisini böyük fəlakətdən qurtardıq. Onlara yardım etdik və onlar qalib gəldilər. Onların hər ikisinə açıq-aydın o kitabı verdik. Onların hər ikisini doğru yola müvəffəq etdik. Sonradan gələnlər içərisində onların hər ikisi üçün (yaxşı ad, gözəl xatirə) qoyduq. Musaya və Haruna salam olsun! Həqiqətən, Biz yaxşı əməl sahiblərini belə mükafatlandırırıq! Şübhəsiz ki, onların hər ikisi Bizim mömin bəndələrimizdən idi. (Saffat surəsi, 114-122)

BÖLMƏLƏR