-
Keçmişdə möminlərə atılan böhtanlar
Quranda keçmişdə yaşayan peyğəmbərlərin və müsəlmanların həyatından nümunələr verilməsinin çox əhəmiyyətli bir hikməti var. Allah Quranda: "Hekayətlərində ağıl sahibləri üçün, sözsüz ki, bir ibrət vardır..." (Yusif surəsi, 111) deyə bildirərək bu hikməti açıqlayır. Yəni keçmişdəkilərin başına gələnlər müasir insanların üzərində düşünüb ibrət götürəcəyi hadisələrdir.Məsələn, Allah Quranda peyğəmbərlərə və müsəlmanlara atılan böhtanlardan nümunələr vermişdir. Bunları bilən hər bir müsəlman yaşadığı dövrdə də dindən uzaq insanların müsəlmanlara böhtan atacağını bilir. Özünə və ya başqa bir müsəlmana böhtan atılanda çaşmır və ya müsəlman qardaşına şübhə ilə baxmır, baş verənləri, inkarçıların söz və əməl şəklindəki təcavüzlərini Quranda bildirilən nöqteyi-nəzərdən dəyərləndirir. Allah`ın göndərdiyi elçilər keçmişdə məruz qaldıqları böhtanlara qarşı necə gözəl bir səbir nümayiş etdirirdisə, bu günün mömin insanları da onlar kimi davranmağın lazımlılığını başa düşür.
Həmçinin keçmişdə yaşanan hadisələrlə günümüzdə baş verənlər arasında böyük oxşarlığın olduğunu, dindən uzaq insanların müsəlmanlara həmişə eyni məntiqlə, hətta eyni kəlmələrlə iftira atdığını görmək müsəlmanlar üçün şövq və həyəcan qaynağıdır. Çünki Allah bir ayəsində: "...Sən Allah`ın qoyduğu qayda-qanunda əsla dəyişiklik görməzsən!" (Əhzab surəsi, 62) deyə vəd etmişdir. Keçmişdə olan hadisələrin insanın yaşadığı həyatda da həqiqətə çevrilməsi Allah`ın bu ayəsinin bir təsdiqidir. Bu hadisələr müsəlmanın səmimiyyətinin təzahürlərindən biridir. Ancaq şübhəsiz ki, buradakı ən mühüm məqam böhtanla üzləşmiş insanın mütləq Allah`ın elçilərinin və əməlisaleh möminlərin keçmişdə göstərdiyi üstün əxlaqı göstərməsidir. Müsəlmanların keçmişdə üzləşdiyi böhtanlar və bunların müqabilində göstərdikləri səbir, təvəkkül, xoş rəftar, ağıllı davranış məhz bu səbəbdən əvvəlki səhifələrdə söz edilməkdədir. Burada məqsəd müasir dövrün müsəlmanlarına bənzər hadisələrlə qarşılaşdıqları zaman onlara necə münasibət bəsləmək məsələsində Quran ayələri işığında yol göstərməkdir.
Tarix boyunca müsəlmanlara atılan böhtanlar
BÖLMƏLƏR
- Müsəlmanlara atılan böhtanlar
- İnkarçıların möminlərə qarşı düşmənçiliyi
- Keçmişdə böhtançılar kimlər olub?
- Keçmişdə möminlərə atılan böhtanlar
- Hz. Musaya atılan böhtanlar
- Hz. Yusifə atılan böhtanlar
- Hz. Məryəmə atılan böhtan
- Möminlərə atılan zina böhtanı
- Hz. Süleymana atılan böhtan
- İnkarçıların müsəlmanlara qarşı yönələn istehza dolu böhtanları
- İnkarçılar böhtandan yaxın keçmişdə də istifadə etmişlər
- Bədiüzzaman Səid Nursiyə iftira atıb qarşısını almaq istəmişlər
- Müsəlmanların böhtan qarşısındakı davranışı
- Nəticə: Allah hər şeydən xəbərdar olandır