Tarix boyunca müsəlmanlara atılan böhtanlar
  • Möminlərə atılan iftiralar dünyada da onların lehinədir

    bohtan

    Möminlərə atılan böhtanların axirət qazancının yanında dünya həyatında yaşayan müsəlmanlara gətirəcək xeyirlər də var. Daha əvvəlcə danışdığımız hz. Yusifə atılan böhtanın nəticəsi buna gözəl bir nümunədir.

    Hz. Yusif heç bir günahının olmadığına baxmayaraq, ona atılan böhtan nəticəsində həbs edilmiş və illərlə zindanda qalmışdı. Orada qaldığı müddətdə yanındakılara Allah`ın varlığını anladaraq təbliğ etmək imkanı tapmışdı. Taleyinə yazılmış olan müddəti həbsxanada imtahan olaraq keçirən hz. Yusifin etibarlılığı və yuxu yozumu biliyinə sahib olması zindan dostunun vasitəsilə hökmdarın qulağına çatmışdı. Buna görə də hökmdar hz. Yusifi hüzuruna çağırmış və gördüyü bir yuxunun yozulmasını istəmişdi. Hz. Yusif bundan əvvəl ona atılan böhtanlardan qurtarmaq istədiyini bildirmiş və ona böhtan atan qadından və ətrafındakılardan işin əsl səbəbinin soruşulmasını tələb etmişdi. Hökmdar tərəfindən həyata keçirilən bu sorğu-sual nəticəsində isə hz. Yusifin tamamilə günahsız olduğu ortaya çıxmış və üzərindəki bütün şübhə və şayiələr də aradan qaldırılmışdı. Bu hadisələr nəticəsində hz. Yusifin etibarlılığı, dindarlığı, namusluluğu gedib hökmdara qədər çatmışdı. Bu hadisələr Quranda belə anladılmışdır:

    Padşah dedi: “Onu yanıma gətirin!” Elçi onun yanına gəldikdə (Yusuf) dedi: “Ağanın yanına qayıt və soruş gör ki, əllərini doğrayan qadınların məqsədi nə idi? Şübhəsiz ki, Rəbbim onların hiyləsini bilir”. (Padşah qadınlara) dedi: “Yusufu yoldan çıxartmaqla nə məqsəd güdürdünüz?” Onlar dedilər: “Allah bizdən uzaq eləsin! Biz onun haqqında pis bir şey bilmirik”. Zadəgan kişinin isə arvadı dedi: “İndi haqq bəlli oldu. Onu mən yoldan çıxartmaq istəyirdim. Həqiqətən də, o, doğru danışanlardandır.

    Göründüyü kimi, hz. Yusifə atılan böhtanın faydasız olduğu dünyada da ortaya çıxmış və onun məsum, etibarlı bir insan olduğu anlaşılmışdı. Bu sınaqda göstərdiyi təvəkkülün ardından Allah hz. Yusifə səbrinin və gözəl əxlaqının əvəzi olaraq həm dünyada, həm də axirətdə nemətlər vermişdir. Bu nemətlər ayələrdə belə bildirilir:

    Hökmdar dedi: "Yusifi yanıma gətirin, onu özümə ən yaxın adam edəcəyəm!" Sonra onunla söhbət etdikdə: "Sən bu gündən yanımızda mövqe sahibisən, etibarlı bir şəxssən! - dedi." Yusif dedi: "Məni bu yerin xəzinələrinə məmur təyin et, çünki mən qoruyanam, işləri idarə etməyi bilənəm! "Beləliklə, Yusifi o yerdə ixtiyar sahibi etdik. O, istədiyini edirdi. Biz istədiyimizə mərhəmətimizi nəsib edər, yaxşı işlər görənlərin mükafatını zay etmərik. İman gətirib pis əməllərdən çəkinənlər üçün axirət mükafatı, əlbəttə, daha xeyirlidir. (Yusif surəsi, 54-57)

BÖLMƏLƏR