-
Yalançılıq iftirası
Musa açıq-aşkar ayələrimizlə yanına gəldikdə onlar: "Bu uydurulmuş sehrdən başqa bir şey deyildir. Biz öz ulu babalarımızdan bu barədə heç bir şey eşitməmişik!" dedilər. Musa dedi: "Rəbbim Öz dərgahından kimin hidayətlə gəldiyini və axirət yurdunun kimə nəsib olacağını daha yaxşı bilir. Həqiqətən, zalımlar nicat tapmazlar!" Firon dedi: "Ey əyanlar! Mən sizin üçün özümdən başqa bir tanrı olduğunu bilmirəm. Ey Haman! Mənim üçün od qalayıb palçıqdan kərpic bişir və bir qüllə tikdir ki, ora qalxıb, bəlkə, Musanın tanrısına tamaşa edim. Axı mən onu, həqiqətən, yalançı sayıram!" (Qəsəs surəsi, 36-38)Fironun hz. Musaya və onun təbliğ etdiyi dinə qarşı davranışı son dərəcə qafil və qəddar idi. İnkarçılıqda bu qədər irəli getmiş bir insanın gələn elçini ləkələyib qaralamaq və onu təkzib edib yalanlamaq üçün olmazın ittihamlarla günahlandırması və ona qarşı istehzalı davranması heç də heyrətamiz və gözlənilməz bir iş deyil. Firon hz. Musanı zəiflədib onun anlatdığı həqiqətlərin insanlar arasında yayılmasına mane olmaq üçün bütün bunların yalan olması iftirasını da çəkinmədən atırdı. Halbuki, Allah`ın elçilərini yalanlayanların və onlara öz böhtan və yalanları ilə əzab və sıxıntı verməyə çalışanların aqibəti Quranda açıq və qəti şəkildə bildirilir:
Biz hər ümmətə: "Allah`a ibadət edin, Tağutdan çəkinin!" deyə peyğəmbər göndərmişdik. Onların bir qismini Allah doğru yola yönəltmiş, bir qismi isə haqq yoldan azmalı olmuşdur. Yer üzündə dolaşıb görün ki, yalançı hesab edənlərin axırı necə oldu! (Nəhl surəsi, 36)
Yuxarıdakı ayədə də bildirildiyi kimi, Allah`ın səmimi, dürüst, Allah`dan qorxan və Allah`ı çox sevən qullarına qarşı edilən bu haqsızlıqlar dünyada və axirətdə qarşılıqsız qalmayacaq. Fironun və ətrafının dünyada qarşılaşdığı bəlalar və ən sonunda ölümlər buna ən bariz nümunələrdən biridir. Allah insanlara fironun və onun yaxınlarının qarşılaşdığı aqibətdən dərs almağı xatırlatmışdır. Buna görə də Quranda verilən bu hadisələr hər insan üçün ibrət dərsi olmalıdır:
O və əsgərləri yer üzündə nahaq yerə təkəbbür göstərdilər və elə güman etdilər ki, hüzurumuza qaytarılmayacaqlar! Buna görə də onu və əsgərlərini tutub dənizə atdıq. Bir gör zalımların axırı necə oldu! (Qəsəs surəsi, 39-40)
İnsanların unutmamalı olduğu ən önəmli məsələlərdən biri də fironun və onun yolu ilə gedən inkarçıların dünyada qarşılaşdığı əzabın axirətdəki böyük sıxıntı ilə müqayisədə çox kiçik olmasıdır. Dünyada olarkən Allah`ın ayələrinə qarşı çıxan, Allah`ın elçilərinə və əməlisaleh qullarına əziyyət verən, onlara iftiralar atan, pusqular quran, dini şərləyən, Allah`ın əmr etdiyi əxlaqı bəyənməyərək öz çirkin əxlaqlarını yaymağa çalışan insanları axirətdə çətin bir əzab gözləməkdədir:
Biz onları cəhənnəm oduna çağıran rəhbərlər etdik. Qiyamət günü onlara heç bir kömək edilməyəcəkdir! Bu dünyada onlara lənət damğası vurduq, qiyamət günü isə onlar çirkin kimsələr olacaqlar. (Qəsəs surəsi, 41-42)
Tarix boyunca müsəlmanlara atılan böhtanlar
BÖLMƏLƏR
- Müsəlmanlara atılan böhtanlar
- İnkarçıların möminlərə qarşı düşmənçiliyi
- Keçmişdə böhtançılar kimlər olub?
- Keçmişdə möminlərə atılan böhtanlar
- Hz. Musaya atılan böhtanlar
- Hz. Yusifə atılan böhtanlar
- Hz. Məryəmə atılan böhtan
- Möminlərə atılan zina böhtanı
- Hz. Süleymana atılan böhtan
- İnkarçıların müsəlmanlara qarşı yönələn istehza dolu böhtanları
- İnkarçılar böhtandan yaxın keçmişdə də istifadə etmişlər
- Bədiüzzaman Səid Nursiyə iftira atıb qarşısını almaq istəmişlər
- Müsəlmanların böhtan qarşısındakı davranışı
- Nəticə: Allah hər şeydən xəbərdar olandır