-
Böhtan cahiliyyə məntiqi ilə dəyərləndirilməməlidir
Bəzi kimsələr isə "od olmayan yerdən tüstü çıxmaz" və ya "niyə ona deyilir, mənə deyilmir?" kimi Quranda anladılan gerçəklərə uyğun gəlməyən həyəcana qapıla bilərlər. Ancaq bu insanlar önəmli bir xətaya düşmüşlər. Çünki Qurandan kənarda cahil insanlara bənzər, onların məntiqlərini daşıyan izahlar vermək, onlar kimi davranmaq Quranda bildirilən həqiqətləri unutmaq deməkdir. Allah`a iman gətirən mömin bir insanın belə bir xətaya düşməkdən var gücü ilə çəkinməsi lazım gəlir.
Müsəlmanların atılan böhtanlara əhəmiyyət verməməsi, hətta böhtançılara da bu böhtanlara inanmadıqlarını və heç etibar etmədiklərini söyləməsi böhtançıların planlarını pozacaq və beləcə, böhtanlar yerini tapmayacaqdır.
Bunu da unutmaq olmaz ki, insanların böyük bir hissəsinin böhtanda iştirak edərək müsəlmanların qarşısında olması isə əsla böhtanın həqiqət olduğunu göstərən bir vəziyyət deyil. Çünki Allah bir ayəsində insanların əksəriyyətinə uymanın sapdırıcı ola biləcəyini bildirir:
Əgər sən yer üzündə olanların çoxusuna itaət etsən, onlar səni Allah`ın yolundan azdırarlar. Onlar ancaq zənnə uyar və ancaq yalan danışarlar!' (Ənam surəsi, 116)
Həmçinin müsəlmana qarşı yönələn ittiham bir fasiqdən, yəni Allah`a qarşı üsyankar bir insandan gəlirsə, bunun Quranda bildirildiyi kimi, ətraflı araşdırılması və lazımi dəlillər tapıldıqdan sonra diqqətə alınması gərəkdir. Böhtanlara inanan insanların da qərar vermədən öncə Quranın bu hökmünə görə hərəkət etməsi, bunu sübut edəcək dəlilləri görməsi və ya göstərməsi vacibdir. Bu vəziyyət Quranda Allah`ın bütün müsəlmanlara əmr etdiyi bir hökmdür:
Ey iman gətirənlər! Əgər bir fasiq sizə bir xəbər gətirsə, dərhal yoxlayın, yoxsa bilmədən bir qövmə pislik edər, sonra da etdiyinizə peşman olarsınız! (Hücurət surəsi, 6)
Möminlərin dünyada və axirətdə peşmanlıq və vicdan əzabı duymaması, daim haqqı və ədaləti üstün tutması üçün yolgöstərici Quranda bildirilən bu gerçəklər olmalıdır.
Tarix boyunca müsəlmanlara atılan böhtanlar
BÖLMƏLƏR
- Müsəlmanlara atılan böhtanlar
- İnkarçıların möminlərə qarşı düşmənçiliyi
- Keçmişdə böhtançılar kimlər olub?
- Keçmişdə möminlərə atılan böhtanlar
- Hz. Musaya atılan böhtanlar
- Hz. Yusifə atılan böhtanlar
- Hz. Məryəmə atılan böhtan
- Möminlərə atılan zina böhtanı
- Hz. Süleymana atılan böhtan
- İnkarçıların müsəlmanlara qarşı yönələn istehza dolu böhtanları
- İnkarçılar böhtandan yaxın keçmişdə də istifadə etmişlər
- Bədiüzzaman Səid Nursiyə iftira atıb qarşısını almaq istəmişlər
- Müsəlmanların böhtan qarşısındakı davranışı
- Nəticə: Allah hər şeydən xəbərdar olandır