Tarix boyunca müsəlmanlara atılan böhtanlar
  • Xalqın təhlükəsizliyini və asayişini təhdid etməsi iftirası

    bohtan


    Fironun işlətdiyi üsullardan biri də hz. Musanı ilə hz. Harunu hər fürsətdəcə ölkə və xalq üçün mühüm təhlükə kimi göstərməsi idi. Bu cür böhtanları ilə xalqı hz. Musanın əleyhinə qaldırmağa çalışırdı. Belə ki, firon hz. Musanı insanları "yurdlarından məcburən çıxarmaq istəyində" günahlandırmışdı. Allah bir ayədə fironun öz xalqının öndə gələnlərinə belə səsləndiyini bildirir:

    (Firon) ətrafındakılara dedi "Şübhəsiz ki, bu, çox bilikli bir sehrbazdır! O, öz sehri ilə sizi yurdunuzdan çıxartmaq istəyir. Nə buyurursunuz?" (Şüəra surəsi, 34-35)

    Başqa bir ayədə isə fironun hz. Musanı və onun ətrafındakıları xalqı yurdundan məcburən çıxarmaq üçün plan qurmaqda günahlandırdığı bildirilir:

    Firon dedi: "Mən sizə izn vermədən əvvəl siz ona iman gətirdiniz?” Bu, şübhəsiz ki, əhalisini çıxartmaq məqsədilə şəhərdə qurduğunuz bir hiylədir. Gördüyünüz işlərə görə başınıza nə oyun açacağımı biləcəksiniz!" (Əraf surəsi, 123)

    Fironun bu böhtanla xalqın və öndə gələnlərin hz. Musaya və yanındakılara qarşı cəbhə açmaq, onları xalqın gözündə xain kimi göstərmək istəyi açıq şəkildə görünür. Ancaq Allah`ın vəd etdiyi kimi, möminlərə qarşı qurulan bütün planlar necə pozuldusa, fironun bu planı da pozulmuşdur:

    Beləliklə, Allah onu onların qurduğu hiylələrin şərindən qorudu. Firon əhlini isə şiddətli əzab sardı (Mumin surəsi, 45)

BÖLMƏLƏR