Tarix boyunca müsəlmanlara atılan böhtanlar
  • Hz. Musanın cadugərlikdə günahlandırılması

    bohtan


    Firon hz. Musanın haqq dinini özünü hər kəsdən üstün tutması səbəbi ilə qəbul etməmişdi. Hz. Musa Allah`ın varlığını və özünün də Allah`ın elçisi olduğunu göstərmək üçün - Allah`ın izni ilə - firona bir çox möcüzə göstərmişdi. Firon buna baxmayaraq, özü inanmadığı kimi, xalqın da inanmasına mane olmaq üçün hz. Musanı cadugərlikdə və sehrbazlıqda günahlandırdı. Beləliklə, firon hz. Musanın söylədiklərinin və etdiklərinin doğru olmadığını, bunların sadəcə olaraq insanları təsirləndirmək və inandırmaq üçün istifadə edilən yalançı bir sehr olduğunu əsaslandırmağa çalışırdı. Bu mövzu ayələrdə belə bildirilir:

    Həqiqətən, Biz Musanı ayələrimizlə və açıq-aydın bir dəlillə göndərdik. Fironun, Hamanın və Qarunun yanına. Onlar isə: Bu sehrbazdır, yalançıdır!" dedilər (Mumin surəsi, 23-24)

    Hz. Musanın isə fironun və öndə gələnlərin bu böhtanlarına belə cavab verdiyi xəbər verilir:

    Musa onlara belə dedi: "Məgər sizə haqq gəldiyi zaman onun barəsində beləmi deyirsiniz? Bu sehrdirmi? Sehrbazlar nicat" tapmazlar! (Yunis surəsi , 77)

    Cadugərlik böhtanı hz. Musadan əvvəl və sonra bir çox möminə atılmış böhtanlardan biridir.

BÖLMƏLƏR