-
Hz. Məryəmə atılan böhtan
Quranda anladılan hadisələrə baxarkən saleh müsəlmanların, ümumiyyətlə, ən ciddi olduqları mövzularda böhtanlarla qarşılaşdığını görürük. Allah`a iman gətirən insanların qarşılaşdığı belə böhtanların ən başlıcalarından biri də namussuzluq böhtanıdır. Əvvəlki səhifələrdə də gördüyümüz kimi, hz. Yusif namusunu bu qədər qorumasına baxmayaraq namussuzluq ittihamı ilə qarşılaşmışdı. Üstün əxlaqı ilə əsla uyğun gəlməyən bu böhtanla onu insanların gözündə kiçiltməyə çalışmışdılar. Amma bir az əvvəl bildirdiyimiz kimi, Allah onu təmizə çıxarmış və digər insanların da onun günahsızlığını görməsini təmin etmişdi.Hz. Yusifin məruz qaldığı namussuzluq böhtanının başqa bir oxşarı tarixdə müsəlman qadınlara atılıb. Hz. Məryəm Allah`a olan imanı, səmimiyyəti, təmizliyi, namusu və gözəl əxlaqı ilə Allah`ın bütün qadınlara nümunə olaraq göstərdiyi mübarək bir insandır. Allah hz. Məryəmin mələklər vasitəsilə necə müjdələndiyini bir ayəsində belə bildirir:
Xatırla ki, bir zamanlar mələklər belə demişdilər: "Ya Məryəm, həqiqətən, Allah səni seçmiş, təmizləmiş, aləmlərin qadınlarından üstün" tutmuşdur. (Ali-İmran surəsi, 42)
Ailəsindən ayrılıb şərq tərəfə çəkilən hz. Məryəmə Allah öz dərgahından Cəbraili göndərmişdi. Cəbrail ona gözəl bir bəşər libasında görünmüş və Allah`ın vədlərini doğrultmaq üçün göndərilmişdi. Bu hadisələr Quranda bu şəkildə bildirilir:
Kitabda Məryəmi də yad et. O zaman o, ailəsindən ayrılıb şərq tərəfində bir yerə çəkilmişdi. Və ailə üzvlərindən gizlənmək üçün pərdə tutmuşdu. Biz Öz ruhumuzu (Cəbraili) yanına göndərdik. Ona kamil bir insan qiyafəsində göründü. Məryəm dedi: "Mən səndən Rəhmana pənah aparıram. Əgər müttəqisənsə, mənə toxunma!" (Cəbrail:) "Mən sənə ancaq təmiz bir oğlan bağışlamaq üçün Rəbbinin elçisiyəm!- dedi". Məryəm dedi: "Mənim necə oğlum ola bilər ki, mənə indiyədək bir insan əli belə toxunmamışdır. Mən zinakar da deyiləm!" Dedi: "Elədir", lakin "Rəbbin buyurdu ki, bu, Mənim üçün asandır. Biz onu insanlar üçün bir möcüzə, dərgahımızdan olan bir mərhəmət kimi edəcəyik". Bu, əzəldən təqdir olunmuş bir hökmdür! (Məryəm surəsi, 16-21)
Göründüyü kimi, hz. Məryəm Allah`ın istəyi ilə atasız bir uşaq dünyaya gətirmişdi. Uşağı ilə birlikdə qövmünün arasına çıxdıqda isə özünə qarşı yaxşı münasibət görməmiş və utanmaz bir qadın olmaqda günahlandırılmışdı:
Uşağı götürüb öz adamlarının yanına gəldi. Onlar dedilər: "Ey Məryəm! Sən çox əcaib bir şeylə gəldin!" "Ey Harunun bacısı! Atan pis kişi, anan da zinakar deyildi!" (Məryəm surəsi, 27-28)
Ancaq hz. Məryəm öz qövmünün hər cür böhtanına, ittihamına və çirkin davranışına baxmayaraq, təvəkküllü və səbirli davranışından dönməmiş, Allah`ın yardımının həmişə yanında olduğunu bilərək hərəkət etmişdi. Allah`ın əmri ilə danışıq orucu tutaraq qövmü ilə bir müddət danışmamışdı. Onun yerinə hələ beşikdə olan hz. İsa Allah`ın izni ilə danışmış və Allah`ın bir möcüzəsi olduğunu insanlara göstərmişdi.
Əslində, qövmü hz. Məryəmin namusunun və təmizliyini fərqinə varırdı. Ancaq hz. Məryəmin onların batil dinindən uşaqlaşaraq müsəlman olması bu insanların xoşuna gəlməmişdi. Həmçinin beşikdə olarkən danışaraq peyğəmbər olduğunu müjdələyən bir peyğəmbərin anası olması da inkarçıların dedi-qodularına və böhtanlarına səbəb olmuşdu. Halbuki, o dövrdə hz. Məryəmə dilləri ilə sataşanların hamısı etdiklərinin əvəzini dünyada da, axirətdə də əzab şəklində almışlar. Hz. Məryəmə atdıqları böhtanlar isə boşa çıxmış, hz. Məryəmi və hz. İsanı insanların gözündə kiçiltməyi bacarmamışdılar. Allah onları bütün insanların gözündə təmizə çıxarmış, hz. Məryəmi Quranda tərifləyib insanlara tanıtmışdır. Bu gün hər dindən olan insan hz. Məryəmi sayğı və sevgi ilə xatırlayır. Hz. Məryəmdən danışılan ayələrdən biri də belədir:
Həmçinin namusunu möhkəm qoruyub saxlamış İmranın qızı Məryəmi də misal çəkdi. Biz libasının yaxasından ona Öz ruhumuzdan üfürdük. Məryəm Rəbbinin sözlərini, kitablarını təsdiq etdi və itaət edənlərdən oldu. (Təhrim surəsi, 12)
Ancaq burada hz. Məryəmə zina böhtanı atanların üzləşəcəyi aqibəti bilmək də əhəmiyyətlidir. İstər hz. Məryəm zamanında, istərsə də ondan sonra yaşayan nəsillərdə bir çox inkarçı insan hz. Məryəmə və onun namusuna dil uzatmışdır. Hz. Məryəmə böhtan atan kimsələrin Allah dərgahında alacağı əvəz bir ayədə belə bildirilir:
Lakin onlar verdikləri əhdi pozduqları, Allah`ın ayələrini inkar etdikləri, peyğəmbərləri haqsız yerə öldürdükləri və: "Ürəklərimiz pərdəlidir!" dedikləri ucundan Allah`ın lənətinə düçar oldular. Bəli, öz küfrləri üzündən Allah onların ürəklərinə möhür vurmuşdur. Buna görə də onların yalnız az bir hissəsi iman gətirər. Onlar həm də küfr etdikləri və Məryəmə qarşı böyük bir böhtan dedikləri üçün lənətə düçar oldular. Onların cəzalandırılmasının bir səbəbi də: "Biz, Allah`ın elçisi Məryəm oğlu İsa əl-Məsihi öldürdük," demələridir... (Nisa surəsi, 155-157)
Tarix boyunca müsəlmanlara atılan böhtanlar
BÖLMƏLƏR
- Müsəlmanlara atılan böhtanlar
- İnkarçıların möminlərə qarşı düşmənçiliyi
- Keçmişdə böhtançılar kimlər olub?
- Keçmişdə möminlərə atılan böhtanlar
- Hz. Musaya atılan böhtanlar
- Hz. Yusifə atılan böhtanlar
- Hz. Məryəmə atılan böhtan
- Möminlərə atılan zina böhtanı
- Hz. Süleymana atılan böhtan
- İnkarçıların müsəlmanlara qarşı yönələn istehza dolu böhtanları
- İnkarçılar böhtandan yaxın keçmişdə də istifadə etmişlər
- Bədiüzzaman Səid Nursiyə iftira atıb qarşısını almaq istəmişlər
- Müsəlmanların böhtan qarşısındakı davranışı
- Nəticə: Allah hər şeydən xəbərdar olandır