-
Sehrbazlıq iftirası
Keçmişdə elçilərin ünvanına söylənən böhtanlardan bir başqası da - əvvəlki səhifələrdə hz. Musanın həyatından da gördüyümüz kimi - cadugərlik ittihamı idi. Maraqlıdır ki, fərqli dövrdə və fərqli cəmiyyətdə yaşamalarına baxmayaraq, bir çox elçiyə eyni ittiham ünvanlanmışdır. Allah bir ayəsində inkarçıların möminlərə söylədiyi cadugərlik ittihamını aludəçilik halına gətirdiklərini belə bildirir:Eləcə də onlardan əvvəlkilər özlərinə bir peyğəmbər gələr-gəlməz ona "sehrbaz, divanə" dedilər. Görəsən, onlar bunu bir-birinə vəsiyyətmi etmişlər?! Xeyr, onlar azğın bir qövmdürlər! (Zariyat surəsi, 52-53)
Öz aralarından olan bir insanın onlara Allah`ın dinini anlatmasını heç cür qəbul etməyən inkarçılar elçiləri cadugərlikdə günahlandıraraq insanların bu elçidən uzaq olmasını təmin etmək istəyirlər. Bir məqsədləri də elçinin insanları cadugər kimi öz təsiri altına alması barədə şayiə yaymaqdır. Çünki elçilərin səmimi və hikmətli danışıqlarını dinləyərək onların Allah`a və dinə bağlılığını görən, gözəl əxlaqına şahid olan vicdanlı və ağıllı insanlar elçilərə bağlanmış və onlara dua etmişlər. İnkarçılar bu əməlisaleh insanların dinə və Allah`a güclü bağlılığını əhəmiyyətsiz və dəyərsiz göstərmək, digər insanların da elçilərə bağlanmasına mane olmaq üçün onları cadugər olmaqda ittiham etmişdilər. Hz. Muhəmməd (s.ə.v.) də daxil olmaqla, bir çox elçinin ünvanına söylənən cadugərlik böhtanları Quranda belə bildirilir:
İçərilərindən bir adama: "İnsanları qorxut, iman gətirənləri Rəbbi yanında gözəl mükafat gözlədiyi ilə müjdələ!" deyə vəhy etməyimiz xalqa təəccüblü gəldimi ki, kafirlər: "Bu, həqiqətən, aşkar bir sehrbazdır!" dedilər. (Yunis surəsi, 2)
Onlar öz içərilərindən özlərinə qorxudan bir peyğəmbər gəlməsinə təəccüb etdilər və kafirlər belə dedilər: "Bu, yalançı bir sehrbazdır! Əcəba, o, tanrıların hamısını bir tanrımı edir? Bu, doğrudan da, çox təəccüblü bir şeydir." (Sad surəsi, 4-5)
İnkarçılar elçilərə cadugər deyə böhtan atmaqla yanaşı, elçinin özünün də cadulanmış olduğunu iddia etmişlər. Elçilərə "cadulanmış" böhtanın atıldığını bildirən ayələrdən bəziləri belədir:
Onlar sənə qulaq asdıqları zaman nəyi dinlədiklərini və zalımların öz aralarında gizli-gizli danışıb: "Siz ancaq ovsunlanmış bir adama uyursunuz!" dediklərini də bilirik. (İsra surəsi, 47)
Onlar dedilər: "Həqiqətən, sən ovsunlanmışlardansan! Sən də bizim kimi ancaq adi bir insansan! Əgər doğru danışanlardansansa, bizə bir möcüzə gətir!" (Şüəra surəsi, 153-154)
...Zalımlar dedilər: "Siz ancaq ovsunlanmış bir adama tabe olursunuz!" (Furqan surəsi, 8)
Yuxarıdakı ayələrin davamında Allah`ın elçiləri cadugər və ya cadulanmış olmaq yalanı ilə qaralamağa çalışan insanlara verdiyi cavab belədir:
Bir gör, səni kimlərə bənzətdilər! Onlar yoldan azdılar və bir daha doğru yolu tapa bilməzlər! (İsra surəsi, 48)
Bir gör, sənin barəndə necə məsəllər çəkdilər! Artıq azdılar və bir daha yol tapa bilməzlər! (Furqan surəsi, 9)
Tarix boyunca müsəlmanlara atılan böhtanlar
BÖLMƏLƏR
- Müsəlmanlara atılan böhtanlar
- İnkarçıların möminlərə qarşı düşmənçiliyi
- Keçmişdə böhtançılar kimlər olub?
- Keçmişdə möminlərə atılan böhtanlar
- Hz. Musaya atılan böhtanlar
- Hz. Yusifə atılan böhtanlar
- Hz. Məryəmə atılan böhtan
- Möminlərə atılan zina böhtanı
- Hz. Süleymana atılan böhtan
- İnkarçıların müsəlmanlara qarşı yönələn istehza dolu böhtanları
- İnkarçılar böhtandan yaxın keçmişdə də istifadə etmişlər
- Bədiüzzaman Səid Nursiyə iftira atıb qarşısını almaq istəmişlər
- Müsəlmanların böhtan qarşısındakı davranışı
- Nəticə: Allah hər şeydən xəbərdar olandır