Tarix boyunca müsəlmanlara atılan böhtanlar
  • Lovğalıq və özündən razılıq yalanı

    bohtan

    Müsəlmanlara qarşı ən çox yönəldilən ittihamlardan biri də təkəbbürlülük və özündənrazılıq iddiasıdır. Hər bir cəmiyyətdə pis qarşılanan bu xüsusiyyətin möminlərə yapışdırılması cəhdinin məqsədi yenə eynidir: xalqın möminlərin əxlaqına tabe olmasına əngəl törətmək... İnsanlar təkəbbürlü və özündənrazı insanlara qarşı antipatiya duyar və onlarla bərabər olmaq, onlara oxşamaq istəməzlər. İnkarçılar da insanların bu psixologiyasından yararlana bilmək üçün möminləri özündənrazı və təkəbbürlü olmaqda ittiham edərlər. Bu yöndə haqsız bir pislənilməyə məruz qalan elçilərdən biri də hz. Salehdir:

    Səmud (qövmü) təhdidləri yalan saymışdı. Onlar demişdilər: "Məgər biz özümüzdən olan bir adamamı tabe olacağıq?! Biz onda haqq yoldan azmış və dəlilik etmiş olarıq!" "Məgər içərimizdən vəhy yalnız onamı nazil olmuşdur?! Xeyr, o, yalançının, lovğanın biridir! "Onlar kimin yalançı, kimin lovğa olduğunu sabah mütləq biləcəklər! (Qəmər surəsi, 23-26)

    Bu ayələrdən də göründüyü kimi, hz. Salehin qövmü içlərindən bir insana Allah`ın lütflü olmasını, ona elçilik vəzifəsini verməsini qəbul edə bilməmişdi. Bu səbəbdən də iman sahibi, ürəyiyumşaq, təvazökar və gözəl əxlaqlı bir peyğəmbərə onları haqq dininə, gözəl əxlaqa, doğru yola dəvət etdiyi üçün qəzəblənmiş, onun əleyhinə yalanlar uydurmuşdular. Allah`ın saleh qullarına belə ağır və qəlbə toxunan sözlər söyləmək, onlara və ətrafındakı insanlara əziyyət verməyə çalışmaq inkarçılara asan görünə bilər. Ancaq bu insanlar yaddan çıxarmamalıdır ki, kim belə pislik etmişsə, əvəzini həm dünyada, həm də axirətdə tam şəkildə alacaq. Keçmişdə yaşayıb peyğəmbərlərə və elçilərə sözləri ilə zərər verməyə çalışan heç bir kəs dünyadakı və axirətdəki əzabdan xilas ola bilməmişdir. Allah hz. Salehə əziyyət verən Səmud qövmünün aqibətini belə bildirir:

    Mənim əzabım və qorxutmağım necə oldu! Biz onlara bircə dəhşətli səs göndərdik, dərhal (heyvanlar üçün) ağıl düzəldənin istifadə etdiyi quru ota döndülər. (Qəmər surəsi, 30-31)

BÖLMƏLƏR